AZ

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

“Sizin

Bakı, 9 may, AZƏRTAC

Biz sizi məyus etməyəcəyik, nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının baş katibi Kristian Miskoski səsvermədən sonra keçirilən mətbuat konfransında söyləyib. O, xalqın səsvermə yolu ilə ölkədə cinayət və korrupsiyaya qalib gəldiyini bildirib.

Xatırladaq ki, ən böyük müxalifət partiyası olan Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası Şimali Makedoniyada keçirilən parlament seçkilərində bülletenlərin 95,20 faizinin emalına əsasən, 43,09 faiz səs qazanıb.

Seçki komissiyasının məlumatına görə, ikinci yeri Makedoniya Sosial Demokrat İttifaqının rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” siyasi birliyi (15,20 faiz), üçüncü yeri İnteqrasiya Uğrunda Demokratik İttifaqın rəhbərlik etdiyi “Avropa Cəbhəsi” (14,01 faiz), dördüncü yeri “Vredi” müxalifət koalisiyası (10,91 faiz) tutub. Daha sonra “Levitsa” partiyası (6,78 faiz), “ZNAM” hərəkatı (5,32 faiz) gəlir. Digər partiyaların namizədlərinə seçicilərin 1 faizindən az hissəsi səs verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla