AZ

İran rejiminin həbsə göndərdiyi azərbaycanlı rejissor KİMDİR?

İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulovu 8 il həbs, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb. 

“Cebhe.info” xəbər verir ki, du barədə “Agence France-Presse” (AFP) rejissorun vəkilinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, Rəsulovun "Müqəddəs Əncir toxumu" (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verir.

Vəkil bildirib ki,  məhkəmə filmin “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək” niyyəti ilə çəkildiyini bildirib və belə filmlər çəkdiyi üçün həbs cəzasına məhkum edilib.

Azərbaycanlı rejissor bundan əvvəl son dəfə 2022-2023-cü illərdə həbsdə olub və səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb. Üstəlik o, hələ 2010-cu ildə 6 il azadlıqdan məhrum edilmişdi. Dünya kino ictimaiyyətinin təzyiqindən sonra rejissorun həbsi 1 ilə endirilmişdi. Amma ona 20 il film çəkmək qadağan olunub. Sonra yenə həbslər bir-birini əvəz etdi. Rəsulovu bir neçə dəfə ev dustaqlığına buraxmaq lazım gəlib.

Rejissor filmləri gizli çəkir. 2020-ci ildə çəkdiyi “Şeytan yoxdur” filmi İran rejimini çox qəzəbləndirsə də,  Berlində “Qızıl ayı” mükafatını alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla