AZ

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Ötən

Bakı, 9 may, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
7
Mənbələr
Şərh ()
Bağla