AZ

Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının artım potensialı qiymətləndirilib

Azərbaycanda dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarının artırılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu “Bakı Fond Birjası”nın (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, dövlət müəssisələri istiqrazlarının həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,3 milyard manatdır.

Bu məqsədlə istiqraz buraxılışına maraqlı DM-lərin müəyyən ediləcək, istiqraz emissiyasının faydaları, emissiya proseduru və tələbləri ilə bağlı təqdimatlar keçiriləcək.

Bundan başqa, DM-lərin emissiya prosesi öncəsi bazarın alıcılıq qabiliyyəti müəyyənləşdiriləcək, eləcə də istiqraz emissiyalarının müvafiq şəkildə planlaşdırılmasına dəstək veriləcək. DM-lərə əlavə emissiya/uzadılmaların planlaşdırılmasına davamlı dəstək veriləcək.

“Azərbaycanda DM-lərin əsas maliyyələşmə mənbəyi dövlət büdcəsi ayırmalarının və bank kreditlərinin üzərində qurulur, halbuki bir çox inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr öz kapital bazarlarını DM-lər üçün əlverişli maliyyə mənbəyinə çevirib.

Aktiv korporativ istiqraz bazarı investorların kapital bazarlarına cəlb edilməsi üçün çox zəruridir.

Bir çox ölkələrdə əhəmiyyətli paya sahib olan DM-lərin istiqraz buraxılışı korporativ borc bazarının inkişafının əsasını qoyub”, - BFB bəyan edib.

Hazırda dövlət müəssisələrindən kapital bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) (hər birisi 100 milyon ABŞ dolları məbləğində olan 2 istiqraz emissiyası), “AzerGold” QSC-nin (birinci tranş 10 milyon ABŞ dolları məbləğində) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) (100 milyon ABŞ dolları) istiqrazları tədavül olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla