AZ

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib

Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib. Aparıcı müxalifət partiyası olan Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birlik Demokratik Partiyasının (VMRO-DPMNE) namizədi Qordana Silyanovska-Davkova prezident seçkisinin ikinci turunda seçicilərin 65,04% səsini qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası (DSK) məlumat verib.

Bildirilib ki, seçicilərin 29,25%-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.

Dövlət Seçki Komissiyasının sədri Aleksandr Daştevski səsvermənin dinc və demokratik şəraitdə keçdiyini bildirib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi çıxış edəcəyini bəyan edib.

Sosial-demokrat Pendarovski artıq məğlubiyyətini etiraf edib.

“Nəticələr aydındır, amma mənim vicdanım təmizdir. Nəticələrə əsasən, qalibləri təbrik etmək və onlara növbəti beş ildə uğurlu iş arzulamaq istəyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin birinci turunda Silyanovska-Davkova təxminən 40 faiz, Pendarovski isə 20 faizdən az səs toplamışdı.

Şimali Makedoniyada, eyni zamanda, parlament seçkisi də keçirilib. Parlament seçkisində də müxalifət – VMRO-DPMNE-nin rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası qalib gəlir. Səsvermə bülletenlərinin 78,2 faizinin nəticələrinə görə, VMRO-DPMNE – 42,5 faiz, Makedoniya Sosial Demokrat İttifaqı (SDSM) isə 14,5 faiz səs toplayıb.

Bu gün ölkədə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlanacağı gözlənilir. Nəticədə VMRO-DPMNE lideri Xristian Mitskoski baş nazir ola bilər. (Oxu.az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22936
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13889
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8867
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6975
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4734
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4014
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1614
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1495
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351