AZ

Xərrazi: İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinamız dəyişəcək

"Əgər sionist rejim İranın nüvə obyektlərinə zərər vurmağa cəsarət etsə, bizim çəkindirmə səviyyəmiz fərqli olacaq".

Yenisabah.az Əl-Cəzirə-yə istinadla xəbər verir ki, bunu İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərrazi deyib.Mənbə

O, İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalını dəyərləndirib:

"Bizim nüvə bombası istehsal etmək qərarımız yoxdur, lakin İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinamızı dəyişməli olacağıq. Bu günlərdə hərbi rəsmilər də bəyan ediblər ki, İsrail rejimi nüvə obyektlərinə hücum etmək istəsə, İranın nüvə doktrinasına və siyasətinə yenidən baxılacaq. Yəni əvvəllər bəyan edilən mülahizələrindən kənara çıxmaq mümkündür".


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla