AZ

Putinlə Paşinyan razılaşdı - rus sərhədçilər İrəvan aeroportundan çəkilir...

Image

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı müəyyən razılıqlar əldə olunub.

Trend bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, iki ölkənin lideri arasında danışıqların uğurla keçirilib. Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki "Zvartnots" hava limanında artıq xidmət etməyəcəklərinə dair qərar qəbul olunub.

Bundan başqa, rusiyalı sərhədçilər 44 günlük müharibədən sonra şifahi razılıq əsasında qaldıqları Sünik (Zəngəzur), Qeqarkunik (Basarkeçər), Tavuş, Ararat, Vayots-Dzor məntəqələrini tərk edəcəklər.

Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyini deyib.

Martın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın rəsmi bildirişini aldıqlarını təsdiqləyib.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla