AZ

8 il daha uzun yaşamaq üçün:Bunları yeyin - SİYAHI

İnsan ömrünü uzada bilən məhsulların adı sadalanıb. 

“Cebhe.info” “UfacityNews.ru”-ya istinadən yazır ki, kəşfi norveçli alimlər edib.

Mütəxəssislər genişmiqyaslı araşdırma apararaq müəyyən ediblər ki, 60 yaşlı insan 8,5 il, 80 yaşlı isə orta hesabla 3,4 il daha çox yaşaya bilər. Bunun üçün yemək vərdişlərini dəyişmək lazım olduğu ortaya çıxıb. Məlum olub ki, dəyişikliklər qadınlardan daha çox kişilərə təsir edir.

Belə ki, alimlər ömrü uzadan ən azı 5 qida olduğunu müəyyən ediblər. Siyahıya paxlalılar, tam taxıllar, qoz-fındıq, meyvələr və tərəvəzlər daxildir. Bu məhsullar hər gün istehlak edilməlidir. Qırmızı və işlənmiş ətin mümkün qədər azaldılması da vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla