AZ

Bu şəxslərə 2 min manat verildi

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir.

Bildirilib ki, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb.

Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

İkinci Dünya müharibəsi iştirakçılarının, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22717
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12004
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11273
Helikopterin qalıqları tapılıb
8422
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7859
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5092
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4146
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3653
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3488
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2753
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2219
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1580
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1553
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1320