AZ

Xəzər rayonunda da Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Abşeron” sanatoriyasının konfrans zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Jalə Əhmədova, Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, idarə və müəssisələrinin rəhbərləri, RİH başçısı Aparatının əməkdaşları və şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova və Aydın Hüseynov, Milli Aviasiya Akademiyasının dekanı Nazim Nağıyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Vətən müharibəsi qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən söz açaraq Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıblar. 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıblar.

Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovetlər dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq müasir və müstəqil Azərbaycan dövlətinin bugün də Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

Tədbirlərin davamı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Zuğulba sarayda “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Jalə Əhmədova, Afət Həsənova və Fatma Yıldırım, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Azərbaycan Respubikasının dövlət himni səsləndirililib və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Musa Quliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirən Ulu Öndər Heydər Əliyevin ömrünün bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsi olduğunu qeyd ediblər. Ulu Öndərin həyat fəaliyyətindən danışan natiqlər dahi şəxsiyyətin Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaratdığını, məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycanın davamlı uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu və Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğuru olduğunu vurğulayıblar.

Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünün şərəfinə rəngarəng musiqi proqramı və ziyafət təşkil olunub, sonda xatirə şəkili çəkilib.











Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43719
Abdullahianın cəsədi tapıldı - FOTO
31366
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
24871
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24728
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20072
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17483
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15135
Helikopterin qalıqları tapılıb
11717
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11706
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8103
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7553
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6956
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6876
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5897
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5469
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5291
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4454
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4390
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3958