AZ

Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. - FOTO

Ankara şəhərində keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub - FOTOLAR

FED.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıblar. Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda da iştirak ediblər. Tədbirdə KOBİA tərəfindən ölkələrimiz arasında kiçik və orta biznes sahəsində əlaqələrin inkişafı istiqamətində görülən tədbirlər və perspektiv imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət protokolu imzalanıb. Son dövrlər ölkələrimizin regionları arasında da işgüzar münasibətlərin genişlənməsi müşahidə olunur. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.

Səfər zamanı həmçinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk arasında görüş keçirilib. Görüşdə KOBİA-nın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində dəstəyi barədə məlumat verilib, qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilatın dəstəyi məsələləri müzakirə edilib. Görüş çərçivəsində KOBİA və SESRİC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur.

Türkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-AzərbaycanTürkiyə-Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19424
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13273
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10503
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4992
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3701
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2891
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2590
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2234
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1703
Azərbaycan nefti ucuzlaşdı
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1079
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1033
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
973
Arda dubl etdi - VİDEO
862
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
830