AZ

Rəsmi səfər dövlətlərarası münasibətdə yeni mərhələ olacaq

Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mədəni əlaqələri olam Azərbaycan bəşəri dövlət olaraq ehtiramlarla əhatələnib. Bunun nəticəsidir ki, dövlətlərarası münasibətlər sistemində Azərbaycan həmişə öncüllər sırasında olub. Azərbaycan-Bolqarıstan münasibətləri də bu baxımdan diqqəti çəkir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana rəsmi səfəri də bu münasibətlərin daha da dərinləşəcəyinin zəmanətidir. Bu səfər səmərəli siyasi dialoq kimi tarixləşdi. Qarşılıqlı inam və etimad əsasında formalaşmış Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər də bu tezis əsasında genişlənib, genişləndirilir. Bu iki dövlət arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də yaradılıb.
Səfər çərçivəsində xatırladıldı ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” sənədləri imzalandı.
Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin hesab edilir.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri Azərbaycan-Bolqarıstan münasibətlərində yeni bir mərhələ kimi tarixləşəcək…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23437
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16696
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16510
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10016
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5524
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5375
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4178
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3676
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2935
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1931
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1850
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741