AZ

Ekspert: "Avropa bazarına  qaz satışımız 50 faizə yaxın artıb"

Son illərdə  neft-qaz sahəsindəki statistikasına baxsaq görərik ki, neftdən fərqli olaraq, təbii qaz qiymətlərinin artması Azərbaycanın qaz ixracından gəlirlərini yüksəldib.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, 2021-ci illə müqayisə etsək hazırda qaz satışımız Avropa bazarlarında 50 faizə yaxın artıb: "Azərbaycan öz qazını satmaqla əlavə gəlirlər əldə edir. Neftimizin istehsal xərci və ixracı azaldıqca, qazın istehsalının artması  və ixracını müşahidə edirik.

Cari ildə iki Avropa ölkəsinə mütəmadi qaz ixracını da həyata keçirtməyə başlamışıq. Bunlar Serbiya və Macarıstandır. 2026-cı ildə buraya Albaniya da əlavə olunacaq. Azərbaycandan qaz almaq istəyən ölkələr siyahısında Slovakiya, Serbiya, Bosniya və Hersoqovina da var".

Ekspert qeyd edir ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək:

"Çünki Cənub Qaz Dəhlizinin genişləndirilməsi mərhələli şəkildə həyata keçirilir. Nəticə etibarilə Azərbaycan qazının ixracı 2030-cu ilə qədər faktiki olaraq daim artacaq. Təbii ki,  satış həcmləri artırsa, bu, ölkəyə gələn gəlirlərin artırılması deməkdir.  Dövlət Gömrük Komitəsinin mütəmadi olaraq  açıqladığı hesablardan görürük ki, neftdən gələn gəlirlər aşağı olduğu təqdirdə qaz gəlirləri artım nümayiş etdirir".

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla