AZ

Ənənəvi yoxsa elektron siqaretlər daha çox zərərlidir? – Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.

Lakin bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Azərbaycanda da ötən ay qanunverici orqanda bu məsələ müzakirə olunub, deputatlar elektron siqaretlərin ölkədə istifadəsinin qadağan olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Bəzi deputatlar isə adi siqaretin elektron siqaretdən daha çox zərər verdiyini bildiriblər.

Bəs elektron siqaretlər haqqında deyilənlərin hansı doğrudur? Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor Adil Qeybulla deyib ki, elektron siqaret insanı tütün asılılığından azad eləmir:

“Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonlarında kütləvi istehsala buraxıldı. Elektron siqaretlərdə istifadə olunan nikotinin miqdarı ilə adi siqaretdəki nikotinin miqdarı demək olar ki, bir-birinə bərabərdir.

Siqaret asılılığını yaradan nikotindir. Ona görə də elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmırlar”.

Həkim hesab edir ki, insanları maarifləndirmə ilə bundan çəkindirmək mümkündür:

“Elektron siqaretlərin bu gün kifayət qədər geniş yayılması, onun insan orqanizminə zərəri ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Hansısa administrativ tədbirlər nəticə vermir, insanlar onda gizli yolla bunu əldə edirlər. Ancaq siqaretlərin üzərində aparılan tədqiqatların nəticələrini əhaliyə elan etdikcə, maarifləndirmə apardıqca onlar ona daha çox diqqət edib, nəticə çıxararlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22940
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13917
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8868
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7968
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6979
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4735
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4027
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1616
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1519
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355