AZ

Ukraynada bu məhbuslar səfərbərliyə cəlb olunacaq

Bakı. Trend:

Mayın 8-də Ukrayna Ali Radası məhbusların könüllü səfərbərliyihaqqında qanun qəbul edib.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə AliRadanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə,regional inkişaf və şəhərsalma komitəsinin sədri Yelena Şulyakbəyan edib.

Onun sözlərinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş vəpedofil şəxslərlə yanaşı, Ukraynanın milli təhlükəsizliyinəsaslarına qarşı çıxan korrupsionerlər, həmçinin xüsusi məsulvəzifə tutmuş şəxslər – xüsusilə deputatlar və nazirlər UkraynaSilahlı Qüvvələrinin sıralarına daxil ola bilməzlər.

O qeyd edib ki, qəbul olunmuş qanun layihəsinin son versiyasındaUkrayna Silahlı Qüvvələrinin sıralarında xidmət üçün qəsdən qətltörətməyənlərin şərti olaraq azad edilməsinə icazə verilib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
10
Mənbələr
Şərh ()
Bağla