AZ

Azərbaycan nümayəndə heyəti BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə keçirilən Vətəndaş Cəmiyyəti Konfransında iştirak edib.

Bu barədəQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb.

Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir. İki gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
7
aznews.az

9Mənbələr