AZ

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

Bu günkü dünyamızda qənaət etmək olduqca çətin bir hal almışdır. Lakin pulunu ağıllı bir şəkildə xərcləmək və mümkün qədər qənaət etməyə çalışan insanlar da az deyil. Bu gün, Valyuta.az komandası olaraq insanlar tərəfindən daha çox istifadə olunan 10 qənaət üsulunu sizin üçün bir araya topladıq. 

Lakin qeyd etmək istərdik ki, bu qaydaların hər biri sadəcə olaraq bir tövsiyədir və bütün bu qaydalar sizin yaşam keyfiyyətinizi pisləşdirməkdən daha çox yaxşılaşdırmağa xidmət etməlidir. 

1. Hər nə qədər qənaətlə bağlı görünməsə də, iş görüşmələrinizdə sizə təklif olunan məbləğdən biraz daha artığını istəyin. Lakin bu prosesdə kobud olmamağa və aradakı fərqin çox da böyük olmamasına diqqət edin. 

2. Digər bir qayda isə hər hansı bir məhsulu alarkən onun qiymətini günlük qazancızına bölüb aldığınız cavab miqdarında gözləyin. Məsələn, əgər 100 manatlıq bir məhsul almaq istəyirsinizsə və günlük qazancınız 20 AZN-dirsə o zaman 5 gün gözləyin. Əgər 5 gündən sonra da ilk günkü qədər o məhsula həqiqətən də ehtiyaclı olduğunuzu hiss etsəniz ala bilərsiniz.

3. Əgər pul yığmağa başlaya bilməyən insanlardansınızsa o zaman maaşınızın və ya aylıq gəlirinizin 10-da 1 hissəsini kənara qoymaqla başlaya bilərsiniz. İlk baxışda bu kiçik bir rəqəm kimi görünə bilər lakin uzun müddət bunu etsəniz həm güclü motivasiya əldə etmiş olacaqsınız həm də bu sizdə gözəl bir vərdiş halına gələcəkdir.

4. Əgər müntəzəm olaraq kofe içənlərdənsinizsə, hər gün çöldə kofe içməkdənsə özünüzə gözəl bir kofe aparatı ala bilərsiniz. Bu sizi gözə görünməyən böyük xərcdən azad edəcək.

5. Trendlərdən uzaq durmağa çalışın. Məsələn, istifadə etdiyiniz bir məhsulun yeni bir versiyası satışa çıxıbsa onu almağa tələsməyin. Və diqqətlicə düşünün ki, bu yeni versiyada olan əlavə bir neçə funksiya üçün böyük məbləğdə pul ödəməyə dəyərmi?

6. Əgər pulunuzun hara getdiyinə diqqət edə bilmirsinizsə 1 həftə ərzində aldığınız hər şeyi özünüz üçün qeyd edin. Bu sizə kömək edəcək ki, aldığınız önəmsiz şeyləri görəsiniz və onlardan uzaq durasınız.

7. Xüsusilə ac olarkən alış-veriş etməyə çıxmayın. Aparılan araşdırmalar göstərir ki, insanlar ac ikən daha çox alış-veriş etməyə meyilli olurlar. 

8. Əgər maşınınız varsa yağdəyişmə və s. kiçik prosesləri internetdən öyrənməyə çalışın və bu xərcdən də özünüzü azad edin. 

9. İtifadə etmədiyiniz otaqların işıq və istliki sistemlərini söndürməyi unutmayın

10. Ehtiyacınız olmayan nəyəsə pul xərcləməyin. Əslində bunu hamımız bilirik amma nə qədər əməl edirik? 

Bir məhsulu almadan öncə ona olan ehtiyacınızı 5 bənddə özünüzə sübut etməyə çalışın. Əgər bunu edə bilməsəniz demək ki, bu məhsulu almasanız da bir şey dəyişməyəcək.

Rəhim

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33146
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23957
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18512
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11073
Helikopterin qalıqları tapılıb
10796
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7647
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6262
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5619
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4540
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3252
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2773
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2098