AZ

Bu mükafat çiynimə böyük yük qoyur - Təyyar Bayramov


Bakupost.az xəbər verir ki, mükafat alanlar sırasında Əməkdar artist, muğam ifaçısı Təyyar Bayramov da var.

T.Bayramov bununla bağlı öz xoş təəssüratlarını bizimlə bölüşüb və ölkə başçısına təşəkkür edib:

“Təbii ki, gözəl təəssüratdır. Bu mükafatı almaq bir sənət adamı kimi bizim üçün çox böyük stimuldur. Mənim üçün bundan böyük sevinc yoxdur. Bu mükafat çiynimə böyük yük qoyur. Ona görə də daha da əzmlə çalışacam. Cənab Prezidentə təşəkkür edirəm. Allah xalqımızı, dövlətimizi qorusun. Bu çox gözəl hissdir”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla