AZ

Milli Onkologiya Mərkəzinin cərrahına tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib

"Anal prolapsın müalicəsində cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi" mövzusunda dissertasiya işini uğurla müdafiə edən Milli Onkologiya Mərkəzinin cərrahı Leyla Xəlilovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
 
Aztibb.az-ın xəbərinə görə, dissertasiya işində "Anal prolaps" anlayışının dəqiq meyarları müəyyən edilib. Linear steplər ilk dəfə olaraq anal prolapsın müalicəsində istifadə olunub. 4-cü dərəcəli hemorroidal xəstəlik ilə müşayiət olunan anal prolapsın cərrahi müalicəsinin texniki aspektləri və nəticələrinin müqayisəli təhlili aparılıb.
 
Elmi işdə anal prolapsın üç müalicə üsulunun səmərəliliyi üzrə müqayisəli qiymətləndirilmə aparılıb: linear steplerdən istifadə metodikası, standart hemorroidektomiya və dairəvi steplərdən istifadə metodikası.
 
Tədqiqatlar nəticəsində əldə edilmiş elmi yeniliklərin səhiyyədə geniş tətbiq imkanları vardır.
 
 
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla