AZ

Almaniya Türkiyəyə turist axınına görə Rusiyanı geridə qoyub

Almaniya Türkiyəyə turist axınına görə Rusiyanı geridə qoyub

Rusiyadan Türkiyəyə turist axını 20% azalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Hürriyet" nəşri Aralıq dənizi Turizm Otelciler və Operatorlar Assosiasiyasının (AKTOB) rəhbəri Kaan Kavaloğluna istinadla yazır.

 O bildirib ki, mövsümün əvvəlində ruslar öndə idi, indi isə almanlar öndədir. “Almaniya bazarı 20% artıb. Rəqəmlər sürətlə artır. Bu dinamikaya baxaraq deyə bilərəm ki, Almaniya turizm bazarı 2024-cü il mövsümünü birinci yerdə başa vuracaq”, - deyə Kavaloğlu açıqlamasında bildirib.

Bununla yanaşı, Türkiyə rusiyalı turistlər arasında populyarlıq baxımından liderlər arasında qalmaqda davam edir. May ayı üçün sifariş edilən turların 46%-i Türkiyənin payına düşür. Tur operatorları arasında Türkiyəyə paket tur üçün orta hesab indi 88-93 min rubl arasında dəyişir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq