AZ

İran İsrailə hücum etmək üçün terrorçuların imkanlarından istifadəni artırmağa çalışır

İran İsrailə hücum etmək üçün terrorçuların imkanlarından istifadəni artırmağa çalışıb. Bununla belə, İranın proksi qrupları indiyədək çox da uğurlu olmayıb.

Məsələn, İraqda iranpərəst milislər tərəfindən İsrail istiqamətinə bir neçə pilotsuz təyyarə buraxılıb. Bundan əlavə, İran gəmilərə hücum etmək üçün Yəməndəki husilərdən istifadə etməyə davam edir.

Hadisə ilə bağlı “Jerusalem Post” məlumat paylaşıb.

Ümumilikdə, İraqdakı İran proksi qruplarının hücumları tək dronların havaya buraxılmasını əhatə edir və adətən İsrailə çata bilmirlər, dronlar adətən havada zərərsizləşdirilir və ya ələ keçirilirlər.

Eyni zamanda husilər Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə qarşı-qarşıya gəlir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, mayın 6-da “İran tərəfindən dəstəklənən husi terrorçuları Yəməndə husilərin nəzarətində olan ərazilərdən Ədən körfəzi üzərində üç pilotsuz uçuş aparatını havaya buraxıblar.

İranyönlü media bildirir ki, İsrail Rəfahı tam nəzarətə götürsə, bu, “böyük fırtına” yaradacaq və İsrail bir çox cəbhədən təhdidlərlə üzləşəcək. Hələlik təhdidlər İranın təsəvvür etdiyi kimi reallaşmayıb. Məsələn, Hizbullah mayın 5-dən 8-dək hücumlarını artıraraq onlarla raket atıb. Mayın 8-də səhər saat 11-də Hizbullah Qalileydəki əraziləri hədəfə alıb.

Yarım saat sonra Nahariyadan çox da uzaq olmayan Şlomi yaxınlığındakı əraziləri hədəfə alıb. Bunlar Hizbullahın tez-tez hədəf aldığı ərazilərdir. Beləliklə, Hizbullah eyni oyundan istifadə edir. Əsas ciddi hücum, Hizbullah tərəfindən mayın 6 və 7-də bir sıra dron hücumlarını hesab etmək olar. Bazar ertəsi Hizbullahın hücumları iki İsrail əsgərini öldürüb.

Bu, ciddi bir eskalasiyadır. Buna baxmayaraq, Hizbullah mayın 8-dən etibarən eskalasiyanı daha da artırmaqdan çəkinib. Görünür, Hizbullah yeddi aydır həyata keçirdiyi, quzeydə İsrail icmalarını hədəf aldığı, lakin hələki daha geniş müharibəyə gətirib çıxarmayan hücumlara üstünlük verir.

İran Rəfah hücumu ilə münaqişəni alovlandırmaq məqsədinə nail ola bilməyib. İran və onun proksi qruplarının həftənin sonuna doğru öz hücumlarını artırıb-artırmayacağı isə sual altındadır.

Şahin Elxanoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22940
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13936
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8888
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7968
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6979
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4739
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4036
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2071
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1616
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1529
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355