AZ

Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş diskussiya-konsert keçirildi - FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Günü ilə bağlı silsilənin növbəti tədbiri ADA Universitetində baş tutdu. "Azərbaycanda caz orkestr ənənəsi: keçmiş və bu gün" mövzusunda Xalq Artisti, dirijor, bəstəkar, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş diskussiya-konsert təşkil edildi.

Tədbirin başlanğıcında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edib,  universitetdə hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş yaradıcılıq gecələrinin təşkil edildiyi və sözügedən konsertin Azərbaycanın erkən caz ifaçılarından biri, dirijor Tofiq Əhmədovun yaradıcılığına həsr edildiyini bildirib. Öz çıxışında F.İsmayılzadə vurğulayıb ki, ADA Universitetində çoxlu cazsevərlər var və bu kimi tədbirlərin   Azərbaycan mədəniyyətini yaxşı tanımaları üçün gənclərimizə məlumat vermək məqsədi daşıyır.

İlk əvvəl, Azərbaycan caz sənətinin veteranlarından biri, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə səhnəyə dəvət alaraq, görkəmli dirijor və bəstəkar Tofiq Əhmədovun  həyat və yaradıcılığı, istedadı və onun bir caz orkestr rəhbəri kimi musiqi mədəniyyətində rolu barədə söz açdı. T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin Azərbaycan caz musiqisinin inkişafında olduqca əhəmiyyət kəsb etdiyini etiraf etdi. R.Seyidzadə Azərbaycan Televiziyası və Radiosunun öz misilsiz üslubu ilə seçilən Estrada orkestrinə rəhbərlik etmiş Tofiq Əhmədovun  öz musiqi mədəniyyətinin tanınmasında xidmət göstərdiyini, Azərbaycan musiqi mədəniyyətinə yenilik gətirməsini vurğuladı.

Təbirin ilk hissəsi Azərbaycan musiqişünaslarının çıxış sözləri ilə başladı. Niderlandda fəaliyyət göstərən musiqişünas və jurnalist Natəvan Hüseynova azərbaycan caz tarixində Rauf Hacıyevin idarə etdiyi Estrada-caz orkestrinin əhəmiyyətindən danışdı. Musiqişünas və aktrisa Fərizə Babayeva Rafiq Babayevin rəhbərlik etdiyi kvartet və orkestrlərin fəaliyyətinə dair maraqlı açıqlamalarla, eləcə də Tofiq Əhmədovun idarə etdiyi Caz orkestrinə dair maraqlı faktları nəzərə çatdırdı. Musiqişünas, BMA-nın professoru Lalə Rzayeva  caz ifaçılığını təhsilinə dair tövsiyə və araşdırmaları ilə bölüşdü.

Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov söz alaraq, Tofiq Əhmədovun rəhbərlik etdiyi Estrada orkestrinin tarixi əhəmiyyətinə dair öz xatirələrini bölüşərək, sonda öz kompozisiyalarını ifa etdi.

Sonra Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və "Big Band"ın rəhbəri Markus Qayzelhart  səhnəyə dəvət aldı və "Almaniya və Avstriyada caz orkestrləri: keçmiş, bu gün, gələcək.  Musiqi təhsili sistemində biq-bend" mövzusunda məruzə ilə çıxış etdi.

Çıxışlardan sonra söz caz musiqiçilərinə verildi.

Tədbirin ikinci hissəsini fərqli üslublarla seçilən musiqi proqramı təşkil edirdi. Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi "Bakustik Caz" qrupu, gənc caz ifaçıları pianoçu Nicat Aslanov, trumpet ifaçısı Firudin Həmidov, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi pianoçu Nurlan Hüseynzadə, müğənni Diana Hacıyevanın triosu, zərbçi İsgəndər Ələsgərov, bas-gitaraçı Fuad Cəfər, müğənni Səbinə Hacıyevanın ifalarında məşhur klassik və Azərbaycan caz standartları səsləndi. Konsert hissəsini Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestri nəzdində Baku Brass Biq Bend-in ifasında kompozisiyalar bitirərək, auditoriyanın gurultulu alqışları ilə sona yetdi.

Tədbirin sonunda BMA-nın dosenti, Dövlət "Qaya" Ansamblının direktoru Turan Məmmədəliyeva Tofiq Əhmədovun yaradıcılığına dair öz fikirləri ilə bölüşərək tədbiri tamamladı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq