AZ

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Azərbaycanla sərhəd Kirants kəndindən keşiş Baqratın başçılığı ilə başlayan yürüş bu gün İrəvana çatmalıdır.

Axar.az xəbər verir ki, yürüşün delimitasiyanın dayandırılması tələbə ilə İrəvanda böyük mitinqlə tamamlanması, mümkün olarsa, bunun genişlənməsi və Paşinyanın istefasına nail olmaq hədəflənir.

Məhz bu gün aydın olub ki, Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkədə deyil. Partiyasından verilən açıqlamada onun Almaniyaya “illik müayinə üçün” getdiyi bildirilib.

Erməni mediası isə məhz keşiş Baqratın rəhbərlik etdiyi aksiyada “qulaqlarının görünməməsi üçün” (ifadə erməni mediasına məxsusdur – red.) onun ölkədən qaçdığını yazır. Bu isə dolayısı ilə Baqratın yürüşünün artıq fiaskoya uğradığının təsdiqidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
7
Mənbələr
Şərh ()
Bağla