AZ

Pakistanda İrana müxalif siyasi fəal öldürülüb

Pakistanın Dalbandin şəhərində İrana müxalif bəluc fəal güllələnərək öldürülüb.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Firuz Neruni adlı 40 yaşlı bəlucun İran təhlükəsizlik xidməti tərəfindən axtarışda olduğu bildirilib.

Bu, cari ildə Pakistanda öldürülən üçüncü İran müxalifidir.

Bəluc fəallar Firuz Neruninin İrana bağlı "Zeynəbiyyun" terror təşkilatı tərəfindən öldürüldüyünü ehtimal edirlər.

Qeyd edək ki, "Zeynəbiyyun" İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

Bir müddət İslamabad İrana bağlı radikal şiyələrdən ibarət silahlı "Zeynəbiyyun" qruplaşmasını terrorçu təşkilatı elan edib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla