AZ

Maykl Ouen Koul Palmeri təriflədi: “Göz yummaq olmaz”

“Liverpul”un sabiq hücumçusu Maykl Ouen “Çelsi”nin gənc ulduzu Koul Palmeri İngiltərə yığma komandasının əsas heyətində görmək istəyir.

Arena.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu İngiltərə yığmasının qarşıdan gələn Avropa çempionatı (AÇ-2024) üçün heyətində hansı hücumameyilli oyunçuların yer almalı olması barədə danışıb.

Ouenin bu barədə fikirlərini təqdim edirik: “Hazırda seçim etməli olsaydım, Bukayo Sakanın yerinə Koul Palmeri İngiltərə yığmasına qoyardım. Fikrimcə, Palmerin formasına və keyfiyyətinə göz yummaq olmaz. O, indi Premyer Liqanın ən yaxşı oyunçularından biridir. Palmer hətta ilin oyunçusu ola, bəlkə də “qızıl buts” qazana bilər. Bu, çətinliklər yaşayan komandanın heyətində baş verir”, deyə Maykl Ouen vurğulayıb.

Xatırladaq ki, Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. Gənc futbolçu “Çelsi”yə 2023-cü ilin sentyabrında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 24 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla