AZ

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? – Mühüm AÇIQLAMA 

Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçünsə 18 ay müəyyən edilib. Həmçinin, müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var.

Türkiyədə isə hərbi xidmətə çağırış yaşı 21-dir.

Bəs ölkədə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Bizim.Media-ya deyib ki, hələlik bununla bağlı təklif yoxdur:
 

“Belə bir təklifin olması gözlənilmir, çünki dünya praktikasında bu yoxdur. Müəyyən səbəblərdən hərbi xidmətə çağırışın təxirə salınması praktikası mövcuddur ki, bu, Azərbaycanda da belədir”.
 

Deputat hesab edir ki, bu yaşın seçilməsi gənclərin sonrakı planlarına uyğundur:
 

“18 yaş ona görə qəbul edilib ki, artıq bu, oğlanların yetkinlik dövrüdür, digər tərəfdən, müəyyən bir müddət vətənə olan hərbi borcunu verdikdən sonra gənclər özünün gələcək planlarını həyata keçirməyə başlayırlar. 

Yəni təhsil, ixtisas qazanma, ailə qurmaq, işləyib ailəsinə və yaxud da özünə maddi imkanlar yaratmağa başlayırlar. Hər bir ölkənin özünün qanunvericiliyinə görə, hərbi xidmət başa çatdıqdan sonra gənclər öz həyatlarını planlarına uyğun olaraq qura bilsinlər. Buna görə də çağırış yaşı 18 qəbul edilib”.

Günay Şahmar, Bizim.Media 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43191
Abdullahianın cəsədi tapıldı - FOTO
29999
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24663
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
22662
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20027
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17235
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15102
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11690
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8062
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7106
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6948
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6839
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5874
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5465
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5245
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3948
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3722