AZ

Karlo Ançelotti: “Bizim kapitanımız Florentino Peresdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Real”, Madriddəki cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, mötəbər yarışın finalına yüksəlib.

“Bu sehrdir. Bu yenə baş verdi. Yaxşı oynadıq, təslim olmadıq. Futbolçular bu mövsüm heyrətamiz idilər, heç kim onların finala yüksələcəyini gözləmirdi. Onlara təşəkkür edirəm. Kapitanımız – Florentino Peresdir. O, fantastik prezidentdir. O, buna nail oldu.

Xoselu? Bu mövsüm çox oynamasa da, onda bu komandanın ruhu var. Heç vaxt təslim olmadı. Bu mövsüm çoxlu fəsadlar yaşadıq. Nəinki Kurtua, Militao və Alabanın zədələri, iki ay ərzində Vinisiusu itirdik, Kamavinqanı da, Tçuamenini… Heç vaxt şikayət etmədik, heç vaxt. İndi bizə baxın”, – “Madrid Xtra” dərgisi Ançelottidən sitat gətirir.

İtalyan mütəxəssis həmçinin oyunda baş vermiş mübahisəli məqamdan danışıb və baş hakimin bu məqama dair qərarından “Bayern”in şikayətlərini cavablayıb.

Xatırladaq ki, oyunun sonunda alman sağ cinah müdafiəçisi Yozua Kimmixin uzun ötürməsindən sonra niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt əlverişli vəziyyətə topu qəbul edib və qol vurmaq üçün fürsət yaxalayıb. Bununla belə, əvvəlcə, oyunun yan xətt hakiminin bayrağı havaya qalxıb və ardınca, oyunun polyak baş hakim Şimon Marçinyakın bu məqamın sonunu gözləmədən oyundankənar vəziyyəti qeydə alan fiti səslənib. Saniyələr içində hadisələrin sürətli inkişafı və hakimin fitindən sonra ani rahatlamış “Real” müdafiəsi De Liqtin instinktiv surətdə dəqiq zərbəsi ilə qapısında qol görüb. Məlum olduğu kimi, qol hesaba alınmayıb.

“Bayern” oyundankənardan şikayət edib? Yaxşı, onda biz Naçonun ləğv edilmiş qolundan şikayət edəcəyik. Kimmixdən şikayət edəcəyik, o, yerə daldı. Oyundankənar məqamı izah etmək asandır. Bəlkə də oyundankənar vəziyyət yox idi, amma hakim qoldan əvvəl fit vermişdi, biz isə oyunu dayandırmışdıq. Hamısı budur”, – deyə Karlo Ançelotti bildirib.

“Real” Çempionlar Liqasının finalına yüksəlib və həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
39042
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19305
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14803
Abdullahianın cəsədi tapıldı - FOTO
13172
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11180
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7846
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5731
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4857
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3468
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3389
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2399