AZ

Finalda 7 qol və yeni çempion – “Günəşli” - FOTO

Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın həlledici matçları Bakı Tennis Akademiyasında baş tutub.

Öncə bürünc medalçının adına aydınlıq gəlib. “Biləcəri” və “Mərdəkan” komandaları arasında qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə bitib. Qalib penaltilər seriyasın dəqiqiqləşib. “Lotoreya”da daha dəqiq olan “Mərdəkan” 3:1 hesabı ilə qələbə qazanaraq, bürünc medala sahib olub.

Ardınca - finalda öncə turnirdə iştirak edən komandaların paradı keçirilib. Daha sonra Dövlət Himni səsləndirilib. Bədii hissədə gimnastların iştirakı ilə müxtəlif hərəkətlərdən ibarət performanslar nümayiş olunub və “Dərviş Band”ın ifası səsləndirilib.

Finalı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, AFFA-nın baş katibi Sərxan Hacıyev, idman səfiri İlqar Qurbanov yer alıb.

“Qarabağ”ın futbolçusu Toral Bayramov, “Qəbələ”nin oyunçusu Emil Səfərov da azərkeşlərinə imzalı avtovqraflar təqdim ediblər.

Finalda “Aşağı Güzdək” və “Günəşli” komandaları qarşılaşıblar. Görüşdə ikincilər 7:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yekunda qalib komandalar mükafatlandırılıblar. Onlara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müavini Marina Vasileva, nazirliyin nümayəndəsi Fikrət Hüseynov, AFFA-nın baş katibi Sərxan Hacıyev, İdman səfiri İlqar Qurbanov, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev, “AZƏRSERVİSİDMAN”in direktoru Həsən Hüseynov, Bakı Abadlıq Mərkəzinin rəsmisi Vüqar Müftizadə təqdim ediblər.

Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol yarışının ən yaxşı oyunçusu Heydər Mustafayev, bombardiri Emil Rəsulov (hər ikisi “Yeni Günəşli”), ən yaxşı qapıçısı isə Tahir Məmmədov (“Mərdəkan”) seçiliblər.

Sonda Bakı Abadlıq Mərkəzi “Günəşli”nin oyunçularına volesipedlər verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37773
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24191
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19115
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14870
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13799
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11107
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6455
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5693
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5443
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4726
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4339
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3364
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3252
Abdullahianın cəsədi tapıldı - FOTO
2450
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2370