AZ

Suriya: "Dəməşqi hədəf alan İsrail raketləri vurulub"

Suriya paytaxt Dəməşqin kənd ərazisini hədəf alan İsrail raketlərinin vurulduğunu açıqlayıb.

Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail bu gecə Colan təpələrindən paytaxt Dəməşqin kənd ərazisindəki binanı hədəf alıb. Hava hücumundan müdafiə sistemləri vasitəsilə İsrail raketlərinin bir hissəsi vurulub. 

Hücumla bağlı İsraildən rəsmi açıqlama verilməyib.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
bakivaxti.az

1Mənbələr