AZ

Linzalar hansı hallarda insanı kor edə bilər? - Həkim AÇIQLADI

Son vaxtlar göz üçün linzalardan istifadə edənlərin sayı olduqca çoxalıb. Bəzi insanlar müalicəvi baxımdan istifadə etsələr də, əksər insanlar gözəl görünmək üçün linzaya üstünlük verirlər.

 

Bəs linzaların gözə ziyanı varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan oftalmoloq Günel Abdulova bildirib ki, keyfiyyətsiz linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına və görmə qabiliyyətinin itməsinə səbəb ola bilər.

 

“İstifadə qaydalarına düzgün riayət edilmədikdə linzalar insanı kor edə bilər. Kontakt linzalardan qorxmaq lazım deyil. Onlar çox yüksək keyfiyyətlə hazırlanır. Linzanın gigiyenası çox vacib ünsürlərdən biridir. Linzada istifadə edən zaman dezinfeksiya məhsullarından düzgün istifadə edilməlidir. Bir sıra allergiyalı pasiyentlər var ki, onlar konservantsız göz damcılarından istifadə etməlidirlər”.

 

Oftalmoloq qeyd edib ki, kosmetik linzalardan daimi olaraq istifadə etmək tövsiyə edilmir.

 

Satışda onların keyfiyyətsiz və saxta növləri də mövcuddur. Elə pasiyentlər var ki, 1 ildir linzaını dəyişmir. Bu isə olduqca təhlükəlidir və göz infeksiyasının və görmə probleminin olma riskini yüksəldir. Linzaları suyu vaxtı-vaxtında dəyişdirilməli və linza əl ilə gözə taxılmamalıdır”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
sfera.az

1Mənbələr