AZ

İcma: “Fransandan sülhə maneə olmamağı tələb edirik”

"Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivye Dekotini "Azadlıq" radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb".

Milli.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) bəyanatında yer alıb.

"Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır.

Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması barədə sərsəmləməsi ilə əlaqədar olaraq, icma, ilk növbədə, Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, "beynəlxalq instansiyalar" təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. "Beynəlxalq instansiyalar" həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir.

Dekotininin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buayonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin və "ruhaniləri"nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin "ermənidən çox erməni" olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz "atmacalar"ı, özünü "dövrün Taleyran"ı hesab etməsi acınacaqlıdır.

QAİ Fransadan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir", - deyə icmadan bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
28963
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23771
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17913
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14690
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10522
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
8532
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7548
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6838
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6022
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5557
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5373
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4276
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3759
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3194
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2538
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2269
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1955