AZ

Ermənistan tərəfinin xahişi ilə rus sərhədçiləri Türkiyə və İran sərhədində qalacaq - Peskov

Bakı. Trend:

Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan görüş zamanıErmənistanın bir sıra vilayətindən rusiyalı sərhədçilərin vəhərbçilərin çıxarılması razılaşdırılıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RusiyaFederasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskovdeyib.

O qeyd edib ki, rusiyalı sərhədçilər Ermənistanın Türkiyə vəİran sərhədində qalacaqlar.

“Bəli, bu həqiqətən belədir. 2020-ci ilin payızında Ermənistantərəfinin xahişi ilə bizim sərhədçilər və hərbçilər Ermənistanınbir sıra vilayətlərində yerləşdirilib. Paşinyan deyib ki, bu gündəyişən şərtlərlə bağlı artıq buna ehtiyac yoxdur, bu səbəbdənprezident Putin razılaşıb. Ermənistanın xahişi ilə sərhədçilərimizErmənistan-Türkiyə və Ermənistan–İran sərhədində qalaraq özfunksiyalarını yerinə yetirməyə davam edəcəklər”, - o əlavəedib.

Qeyd edək ki, mayın 8-i Rusiya Prezidenti Vladimir PutinErmənistan baş naziri Nikol Paşinyanla görüşüb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
az.trend.az

1Mənbələr