AZ

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

Yığmanın

Bakı, 9 may, AZƏRTAC

“Qəbələ”nin Premyer Liqa ilə vidalaşması üzücü məqamdır. Bir sıra komandalarla yanaşı, “qırmızı-qaralar”da da oynamışam. Ona görə də onların yeri mənim üçün ayrıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında veteran futbolçu, Azərbaycan millisinin skautu İlqar Qurbanov sabiq komandası “Qəbələ”nin Premyer Liqa ilə vidalaşması barədə danışarkən deyib.

O, “Qəbələ” Futbol Akademiyasının Azərbaycan futboluna böyük töhfə verdiyini bildirib: “Təəssüf ki, ideal şəraiti olan klub növbəti il I Liqada olacaq. İstəməzdim ki, belə olsun. Bu, akademiyada olan gənc futbolçulara da təsir edəcək. “Qəbələ”dən əvvəl bəzi böyük komandalar da belə hallarla rastlaşıb. Bir çoxu buna görə fəaliyyətini dayandırıb. Arzum odur ki, bölgə təmsilçisi növbəti il də Premyer Liqada mübarizə aparsın. Lakin bu zaman idman prinsipləri pozulacaq və heç bir mənası qalmayacaq. Hazırda hər kəs “Kəpəz”dən danışır. Özünüz də gördünüz ki, elitada qalmaq uğrunda necə gərgin mübarizə getdi”.

Qeyd edək ki, İlqar Qurbanov 2017-2019-cu illərdə “Qəbələ”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla