AZ

BMT: "İsrailin hücumdan sonra 80 min insan Rəfahı tərk edib"

BMT: İsrailin mayın 6-da hücumlarını intensivləşdirməsindən sonra 80 min insan Rəfahı (Qəzza zolağında) tərk edib.

Turkustan.az xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) verilən yazılı açıqlamaya görə, Qəzzada olan fələstinlilər “yeni məcburi köçə” məruz qalıb.

"İsrail qüvvələrinin hərbi əməliyyatlarını gücləndirdiyi mayın 6-dan bəri təxminən 80 min insan Rəfahı tərk edərək başqa yerə sığınacaq axtarıb", - bəyanatda deyilir.

Rəfaha hücumlar səbəbilə bölgədəki fələstinli ailələrin çox çətin vəziyyətdə olduğu ifadə edilən açıqlamada, "Heç bir yer təhlükəsiz deyil. Dərhal atəşkəsə ehtiyacımız var" dedi.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 844 fələstinli həlak olub, 78 min 404 nəfər isə yaralanıb.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
42
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating