AZ

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir.

Bunu Bolqarıstan Prezidenti Rumen Radev “Baku TV”yə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Sofiya Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir:

“Bolqarıstan planetimizin bir çox kritik sahələrində sülh və təhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının tapılmasına töhfə verir. Bu səbəbdən bizim ölkə Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir. Regionunuzda sabitlik və təhlükəsizliyi təşviq edirik. Məsələn, əlaqə qurmaq, boru kəmərləri çəkmək, avtomobil və dəmir yolları, yaşıl elektrik xətləri, rəqəmsal kabellər çəkmək və s. Hər şey kabellərlə dəstəklənir. Bu əlaqələr sülh və sabitlik səylərinə töhfə verir. Çünki möhkəm əlaqələr olan yerdən bütün münaqişələr uzaqlaşır”.

Bolqarıstan Prezidenti iki ölkə arasındakı münasibətlərdə enerji məsələlərinin əsas yer tutduğunu söyləyib:

“Enerjidən danışarkən çox şey etdiyimizi qeyd etdim, biz təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Qafqazın, Ağ və Qara dəniz regionlarının sabitliyi və iqtisadi inkişafını dəstəkləmək, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün çox iş görmüşük. Məhz bu səbəbdən Azərbaycan və Bolqarıstan arasında enerji əlaqələri çox vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
15
Mənbələr
Şərh ()
Bağla