AZ

TİFLİS MERİ BUNA GÖRƏ TELEFON NÖMRƏSİNİ DƏYİŞİB

Tbilisi meri Kaxa Kaladze radikalların təhqirlərinə görə telefon nömrəsini dəyişmək məcburiyyətində qalıb.

Tezadlar.az bildirir ki, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

“Mən heç vaxt siyasi fikir ayrılıqlarına görə rəqibimi və ya onun ailə üzvlərini incitməyə icazə vermərəm. Mən telefon nömrəmi dəyişməli oldum (təhqirlərə görə)”, - o, jurnalistlərə bildirib.

Eyni zamanda mer əvvəlki nömrəni ayırmadığını qeyd edib.

“Bütün zəng edənlər (təhqirlərlə) müəyyən edilir”, - deyə Kaxa Kaladze “Gürcü Arzusu”nun “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlar fonunda hakim partiyanın tərəfdarlarını təhqir edənlərin adlarının dərc edilməsi təşəbbüsünü şərh edərkən bildirib.

“Gürcüstan avropalaşdığını iddia edir, lakin bu insanlar (qanun layihəsinin əleyhdarları) açıq şəkildə fərqli fikirlərə dözümsüzdürlər”, - deyə ölkə paytaxtının meri qeyd edib.

“Məsələn, futbolçularımızı təhqir edir, onlara “satqın” deyir, hədələyirlər. Bu avropalıdır? Bu adi faşizmdir! Buna müqavimət göstərmək lazımdır!”, – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, radikallar “heç bir qayda-qanuna əməl etmirlər, onlar hər şeyə qadirdirlər, əsl şərdirlər”.

“Liberalizm pərdəsi altında biz faşizmi görürük. Buna birdəfəlik son qoyulmalıdır”, - deyə Kaxa Kaladze bildirib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla