AZ

Lassa qızdırması ilə bağlı XƏBƏRDARLIQ! - Göz, qulaq və ağızda...

Fransanın paytaxtı Parisdə xəstəyə Lassa qızdırması diaqnozu qoyulub.

 

Sfera.az xəbər verir ki, gəmiricilər tərəfindən ötürülən bu virus gözlərdə, qulaqlarda və ağızda qanaxmaya səbəb olur və insanlardan da bir-birinə yoluxa bilər.

 

Bu virus göz, qulaq və ağız boşluğunda qanaxmaya səbəb olan kəskin viral hemorragik xəstəlikdir.

 

Xəstəlik Ebola qədər ölümcül və yoluxucu olmasa da, hazırda Benin, Qana, Qvineya, Liberiya, Mali, Sierra Leone və Toqo da daxil olmaqla bir çox Qərbi Afrika ölkələrində endemikdir.

 

Lassa virusu baş ağrısı, yorğunluq, öskürək, qusma, ishal, əzələ ağrısı və boğaz ağrısına səbəb ola bilər. Virus şiddətli olarsa, tənəffüs problemləri, üz şişməsi, sinə ağrısı və daxili qanaxmalara səbəb olur.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla