AZ

Paşinyan və Putin anlaşdı: Rus qoşunları Azərbaycanla sərhəddə dayanmayacaq

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva və İrəvan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bəzi bölgələrindən çıxarılması barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, Peskovun sözlərinə görə, 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra rayonlarında yerləşdirilib (Azərbaycanla şərti sərhəd nəzərdə tutulur. red.).

"Paşinyan dedi ki, bu gün dəyişmiş şərtlərə görə artıq buna ehtiyac yoxdur, prezident Putin də bununla razılaşdı və bizim hərbçilərin və sərhədçilərin geri çəkilməsi məsələsi razılaşdırıldı", deyə o bildirib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.

"Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər", - Peskov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
13
Mənbələr
Şərh ()
Bağla