AZ

“Hazırda çempionluq şansımız var, buna görə də...” – Ramiz Məmmədov

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 25-ci turun 4 oyunu keçiriləcək.

“Şamaxı” “Karvan”ı qəbul edəcək. Hazırda 48 xalla 2-ci yerdə qərarlaşan “Şamaxı" hələ də çempionluğa ümid edirlərmi? Görəsən, turun "İmişli" - "Qaradağ Lökbatan" oyununun nəticəsi “şirlər”i nə dərəcədə maraqlandırır? Həmin oyunda hansı nəticənin qeydə alınmasını istəyərlər?

Bu suallarla "Şamaxı"nın baş məşqçisi Ramiz Məmmədova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Karvan"la oyuna ancaq qələbə üçün çıxırıq. Bu yöndə köklənmişik. Çempionluq şansımızı sona qədər sürdürəcəyik. "İmişli” ilə "Qaradağ Lökbatan"ın oyununa gəlincə, hər bir komandanın qismətində nə varsa, onu arzulayıram. Hamı üçün uğurlu olsun. Hazırda çempionluq şansımız var, buna görə də axıra qədər mübarizə aparacağıq".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla