AZ

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

Bakı, 9 may, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.

Silsilə tədbirlər çərçivəsində gənclərin iştirakı ilə Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya, “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş və “Poliqon” Strateji İntellekt Oyunu təşkil olunub.

Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyada iştirak edən gənclər Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotomateriallar, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Silsilə tədbirlər çərçivəsində gənclər arasında “Poliqon” Strateji İntellekt Oyunu keçirilib. Dörd mərhələdən ibarət intellektual oyunda müraciəti müsbət dəyərləndirilən gənclər 10 komanda şəklində qalibiyyət uğrunda mübarizə aparıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti və zəngin irsinə həsr olunan intellektual yarışın qalibi “Xarıbülbül” komandası olub. “Şahinlər” və “Həkəri” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə “Heydər Əliyev və Gənclər Siyasəti” mövzusunda görüş keçirilib. Milli Məclisin deputatlarının, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında danışılıb. Vurğulanıb ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasını torpaqlarımızı işğaldan azad etmək, Azərbaycanı güclü bir dövlət kimi formalaşdırmaq təşkil edirdi.

Məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.

Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Sima” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33769
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23994
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18595
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14792
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11446
Helikopterin qalıqları tapılıb
10849
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6285
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5637
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4549
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3276
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2873
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2302
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2166