AZ

Müdafiə Nazirliyinin şəxsi heyəti ikinci dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti ikinci dünya müharibəsində həlak olanların xatirəsi yad ediblər.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub. Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və "Qardaşlıq Məzarlığı" da ziyarət olunub. Bundan başqa hərbi hissələrdə 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının şücaətindən danışılıb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
19
Mənbələr
Şərh ()
Bağla