AZ

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini AÇIQLADI

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” hesabında yazıb.

 

O bildirib ki, bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

 

Nazirin sözlərinə görə, Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil.

 

Xatırladaq ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
19
Mənbələr
Şərh ()
Bağla