AZ

Millinin sabiq futbolçusu: “Onların belə bir vəziyyətə düşməsi insanı acıdır”

“Karyeram ərzində bir çox klublarda oynamışam. “Qəbələ”nin mənim karyeramda ayrı bir yeri var”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov deyib.

Karyerası ərzində bir çox klubda oynamış veteran vaxtilə şərəfini qoruduğu “Qəbələ”nin Premyer Liqada sonuncu yeri tutması və aşağı dəstəyə yuvarlanmalı olmasına münasibət bildirib: “Doğrudan da, “Qəbələ” çox gözəl klubdur. Belə bir vəziyyətə düşməsi insanı acıdır. Bu, həm Azərbaycan futbolu, həm “Qəbələ”nin akademiyası və oyunçuları üçün heç yaxşı bir hal deyil. “Qəbələ” bu halı yaşayan ilk klub deyil. Bu halla rastlaşan bir neçə komandamız da olub. Onlar da l Liqaya düşüblər, hətta bir neçəsi sonda fəaliyyətini dayandırıb. Əlbəttə ki, xoş bir şey deyil”.

Qurbanov komanda sayının artırılması və autsayderin Premyer Liqada qalması ehtimalı barədə də danışıb: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərəm. Amma idman prinsipləri anlayış var. Bu prinsiplər olmasa, nəyinsə mənası olmaz. Misal olaraq, bu il hər kəs “Kəpəz”dən danışır. Əgər aşağı liqaya düşmək məsələsi olmasaydı, belə bir rəqabətə şahidlik etməzdik. Həm də belə bir effekt də görməzdik”.

Qeyd edək ki, “Qəbələ”nin sonuncu yeri tutması Premyer Liqanın bitməsinə 4 tur qalmış rəsmiləşib.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33200
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23961
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18518
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11096
Helikopterin qalıqları tapılıb
10800
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7647
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6266
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5619
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3253
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2791
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2101