AZ

Xi Jinping Macarıstana ümid edir

Macarıstanın bu ilin iyulunda başlayacaq Avropa İttifaqı Şurasına sədrliyi Çin və Avropa arasında qarşılıqlı əlaqələrin inkişafında dönüş nöqtəsi ola bilər.

 

Oxu24.com  xəbər  verir  ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, bunu Çin lideri Si Tszinpin Macarıstan prezidenti Tamaş Sjujok ilə görüşündə deyib.

 

Xi ümid etdiyini bildirib ki, Budapeştin sədrliyi "dönüş nöqtəsi olacaq və Çin-Avropa münasibətlərinin sabit və normal inkişafına kömək edəcək".

 

İyulun 1-dən Macarıstan altı ay müddətinə Avropa İttifaqının qanunverici orqanı olan Aİ Şurasına sədrlik edir. Respublikanın Baş naziri Viktor Orban daha əvvəl bildirmişdi ki, bu müddət ərzində Avropanı yenidən “böyük” etmək üçün addımlar atmaq niyyətindədir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla