AZ

Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Telefon danışığında Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

 

Ərdoğan Qəzza ilə bağlı daimi atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılması üçün səylərin artırılmasının lazım olduğunu bildirib.

 

O, Türkiyənin Ukrayna ilə Rusiya arasında davam edən müharibəni yaxından izlədiyini ifadə edib, tərəfləri danışıqlara qayıtmağı, haqq və hüquq əsasında ədalətli sülhün bərqərar olması üçün çağırış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
4
Mənbələr
Şərh ()
Bağla