AZ

Bayramov sillə ilişdirdiyi şəxsin kimliyini açıqladı - "Çox əsəbi və gərgin olduğum üçün..."

Həddən artıq gərgin keçən “Turan Tovuz” – “Zirə” (1:2) oyunu həm də mübahisə və münaqişələr ilə yadda qaldı.

Ardıcıl ikinci ev oyununda məğlub olan tovuzlu azarkeşlər bunu həzm edə bilmədi. Nəticədə komandanın baş məşqçisi Ayxan Abbasovu istefaya səslədilər. Tovuz təmsilçisinin əsas kapitanı olan Kamal Bayramov isə istefa şüarlarına biganə qalmayıb, azarkeşlərlə diskussiyaya girdi. Bayramovun qəzəbli olduğu aşkar şəkildə görünürdü. Qapıçı həmin vaxt onu sakitləşdirməyə çalışan şəxsə isə sillə ilişdirdi. Hadisənin necə bu yerə gəldiyini, sillə ilişdirdiyi şəxsin kim olduğunu, ona hansı sözlərinə görə belə sərt şəkildə cavab verdiyini öyrənmək üçün kapitanla danışdıq:

“Həmin şəxs mənim dostumdu. Çox əsəbi və gərgin olduğum üçün belə reaksiya verdim. Bu, hər kəsin gündəlik həyatında baş verə biləcək hadisədi. O qədər adam arasında mənim sakitləşməyimi istəyən adam o idi”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
football-plus.az

1Mənbələr