AZ

Dahilər!

Düşünürəm ki, fikir adamının, filosofun dahi olmasını bilmək üçün onun cild-cild kitablarını oxumağa ehtiyac yoxdur. Bu adamın kəlamlarına diqqət etmək, bu kəlamların məna yükünü qiymətləndirmək kifayətdir. Yeri gəlmişkən, bu kəlamlar həyatın qaranlıq, fırtınalı yollarında mayak kimidir...

Diqqət edin, eramızdan min illər əvvəl yaşamış, qədim dünyanın ən məşhur filosoflarından olan Konfutsi deyir: "Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır". Filosofun daha bir kəlamı onu dahilər zirvəsinə qaldırır: "Aşağıdan axan çaylar və insanlar bıyük olur".

Dahilər sırasında peygəmbərlər xüsusi yer alır. Həzrəti İsa Peyğəmbər öz kəlamları ilə insanlığın yoluna işıq salır: "Əgər siz insanların balıq yeməyini istəyirsinizsə, onalara balıq verməyin, balıq tutmağı öyrədin". Həzrəti Məhəmməd Peyğəmbər isə insanlığı göylərə qaldırır: "İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür".

Müasir dünyanın ən qüdrətli fikir adamlarından biri olan Karl Marks insanları vicdanlı olmağa çağırır: “Tənqid edə bilmədiyin adamı tərif etmək ən böyük şərəfsizlikdir”. Elmin atası sayılan Albert Eynşteyn isə bütün dünyaya səs salır: "III Dünya müharibəsində insanların hünsı silahlarla vuruşacağını bilmirəm, amma IV Dünya müharibəsinin ox və kamanla aparılacağına əminəm"....

Türk dünyasının fəxri sayılan Atatürkün də dahi kəlamları var: “Siz bütün cəbhələrdə qələbə çalsaz da, əgər təhsil cəbhəsində məğlubsuzsa, deməli bütün cəbhələrdə məğlubsuz”... Bizim fəxrimiz olan Hacı Zeynalabdin Tağıyev isə deyir ki, “Bir oğlana təhsil verməklə siz təhsilli bir insan, bir qıza təhsil verməklə isə, təhsilli bir ailə qazanarsınız”...

Qalib ARİF

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla