AZ

Hadisenin tələbəsi Avroviziyada

Türkiyəli müğənni Hadise “O Ses Türkiye” yarışmasında onun komandasında yarışan Nutsa Buzaladzenin Avroviziyadakı çıxışını sosial media hesabında paylaşıb.

OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində bu sözləri yazıb:

“Mənim “O Ses Türkiye” iştirakçılarım zarafatdır? Nutsa, qəlbim səninlədir. Bütün səslər mənim sevimli Nutsama”.

Buzaladze onun bu paylaşımına səssiz qalmayıb və “Hadise, səni sevirəm” cavabını verib.

Qeyd edək ki, Nutsa bu il Avroviziyada Gürcüstanı təmsil edir. O, bu gün 2-ci yarımfinalda “Firefighter” mahnısı ilə çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla