AZ

Ziya Hüseynzadə: "İşi mənə qarşı qurublar ki, xidmət haqqımı ödəməsinlər" - VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Ziya Hüseynzadə bildirib ki, "HAND M AGRO" MMC milyonlarla qanunsuz krediti onun heç bir iştirakı olmadan Avropa Bankından birbaşa danışıq yolu ilə saxta sənədlərlə əldə edib. Buna görə "HAND M AGRO" MMC-nin direktoru Kənan Rəsulov barəsində Nərimanov rayon Məhkəməsində hökm oxunub.

Ziya Hüseynzadə məhkəməyə faktları təqdim edərək diqqətə çatdırıb ki Kənan Rəsulov Avropa Bankının kredit vəsaitlərində 737 min dolları bağlanmış Muğan Bankın Xəzər filialının müdiri Elman Hüseynlinin əli ilə Avropa Bankının və Azərbaycan respublikasının qanununun qadağalarına baxmayaraq, 4 günə qanunsuz nəğdləşdirərək mənimsəyib.

Onun sözlərinə görə, Həmçinin yazışmalardan görünür ki, Kənan Rəsulovun bu krediti qaytarmaq niyyəti olmayıb. Lakin Ziya Hüseynzadənin təşəbbüsü ilə açılmış yoxlama bu dələduzluq niyyətlərinin qarşısını alıb.

Təqsirləndirilən şəxs əlindəki faktları əsas gətirərək qeyd edib ki, Kənan Rəsulov Avropa Bankının tələblərini qarşılamaq məqsədilə özünün xanımı Marina Rəsulovanı şirkətin maliyyə müdiri kimi təqdim edərək, öz xanımını da saxtakarlığa qatmış və bunu özü də etiraf edib.

Onun sözlərinə görə, "HAND M AGRO" MMC və digər şirkətlər intiqam və dələduzluq məqsədləri ilə onun PKF şirkətinin müqavilə ilə görülmüş məsləhət xidmət haqlarını ödəməmək üçün istintaqı səhv istiqamətə yönəldib.

Sonda Ziya Hüseynzadə PKF audit konsaltinq şirkəti "HAND M AGRO" MMC və digər şirkətdən Ali məhkəmədə xidmət haqqının ödənilməsini tələb etdiyini vurğulayıb.

Mənbə: patrul.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
28677
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23753
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17856
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14674
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10512
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
8330
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7532
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6838
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6007
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5553
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5373
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4408
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3751
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3183
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2507
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2266
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1955