AZ

“Abzas Media” işi: daha üç jurnalit barədə qərar verilib

“Abzas

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və “Məclis.info” saytının rəhbəri İmran Əliyev barədə qərar verib.

Reyting.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ülvi Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər(Report).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq